Keçmiş məhkumlar niyə yenidən cinayət törədirlər? – İş tapa bilmirlərbackend

Keçmiş məhkumlar niyə yenidən cinayət törədirlər? – İş tapa bilmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar ölkədə cinayət törədən keçmiş məhkumların sayı xeyli artıb. Demək olar ki, hər gün vaxtı ilə məhbus həyatı yaşamış bir və ya bir neçə şəxsin cinayət törətməsi ilə bağlı məlumatlar alırıq.

Cəmiyyətdə belə bir fikirlər var ki, həmin şəxslər sırf məhbus həyatı yaşadığına görə, iş tapa bilmirlər. Məhz bu səbəbdən yenidən bu yola əl atırlar.

Maraqlıdır, keçmiş məhkumların adlarının kriminal hadisələrdə tez-tez hallanması nə ilə bağlıdır?

Bu adamlar cəzaçəkmə müəssisəsində olduqları dövürdə yaxşı islah olunmayıblar, yoxsa ehtiyac onları bu cür yaşamağa məcbur edir?

NOCOMMENT.az -ın məlumatına görə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenisabah.az-a açıqlamasında deyib ki, azad olunan məhkumların təkrar cinayət törətməsi hər dönəmdə baş verən prosesdir:

“Bütün dövrlərdə cəzaçəkmə müəssisələrindən azad olunmuş məhkumların müəyyən faizi təkrar cinayətlər törədib və yaxud bunu törətməyə meyilli olublar. Bu hər dönəmdə olub. Son vaxtlar əvəllər məhkumluq həyatı yaşamış şəxslər tərəfindən yenidən cinayələrin törədilməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik”.

Deputatın sözlərinə görə, indi cəzaçəkmə müəssisələrində əməyə cəlbetmə faizi olduqca aşağıdır:

“Hazırkı cəzaçəkmə müəssisələri islah-əmək müəssisələri deyil. Vaxtı ilə bu cür müəssisələrinin adı islah, əmək müəssisələri idi. Yəni orada məhkumları işə, əməyə cəlb edirdilər. Eyni zamanda onların islah olunma prosesi əmək vərdişi ilə, peşə öyrənimi ilə və qazandıqları məvacibin ailəsinə göndərilməsi ilə tənzimlənirdi. Sanki bir dərs, məktəb keçilirdi. Sonralar bu müəssisələrin adı dəyişildi. Sadəcə, cəzaçəkmə müəssisələri oldu. İndiki dönəmdə inkişaf etmiş yeni, müasir texnoloji avadanlıqları nəzərə alsaq, görərik ki, cəzaçəkmə müəssisələrində əməyə cəlbetmə faizi olduqca aşağıdır. Əməyə cəlbetmə və islahetmə prosesi geriliyir”.

Ç.Qənizadə qeyd edib ki, ölkədəki iqtisadi vəziyyət bir çox məhkumları təkrar cinayət törətməyə sövq edir:

“Bu səbəbdən də bəzi məhkumlar iş tapmaqda çətinlik çəkirlər. Bu da həyata uyğunlaşa bilməyən məhkumları təkrar cinayət törətməyə sövq edir. 20.000-ə yaxın məhkumu olan cəzaçəkmə müəssisəslərindən hər ay yüzlərlə insan azadlığa buraxılırsa, onların hamısını işlə təmin etmək mümkün deyil. Bir qədər çətindir. Bu baxımdan məhkumlar iş yerləri tapmaqda, əmək haqqı əldə etməkdə çox böyük çətinliklər çəkirlər. Bəzən də sırf ailəsini dolandırmaq üçün bu yola əl atırlar. Bəzilərinin isə bu artıq həyat yoludur. 3-5 dəfə məhkum olsalar da yenə çıxdıqdan sonra bu yolu seçirlər. Narkomaniyanın da buna xeyli təsiri var.

Nə qədər insan və bəşəriyyət var cinayətlər də olacaq. Çox güclü maarifləndirici işlər görülməli, azadlığa çıxan şəxslərin işlə təmin olunması üçün onlara dövlət və digər təşkilatlar tərəfindən qayğı göstərilməlidir. Bununla da onların iş yerlərinə əlçatanlığını təmin etmək olar”.