Keçmiş mətbuat katibi: Vidadi Muradovun mənə etdiyi pislikləri bağışladımbackend

Keçmiş mətbuat katibi: Vidadi Muradovun mənə etdiyi pislikləri bağışladım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərxalça” ASC-nin keçmiş mətbuat katibi, tanınmış jurnalist Ləman Ələşrəfqızı bu qurumun İdarə Heyətinin vəfat edən sabiq sədri Vidadi Muradovla bağlı fikirlərini bildirib.

NOCOMMENT.az-ın məlumatına görə, Vidadi Muradova Allahdan rəhmət diləyən jurnalist onun həyatdan belə tez köçəcəyini gözləmirmiş:

“2 ilə yaxın onun rəhbəri olduğu “Azərxalça”da mətbuat katibi oldum. İşləməyə imkan vermədi, əslində ona da imkan vermədilər ki, mənimlə işləsin. Kişilərin ən zəif cəhəti bu adamda özünü çox büruzə verirdi. Amma bu gün bu haqda danışmayacağam. Ölənin haqqında yaxşı cəhəti varsa, ondan danışmağı üstün tuturam. Bu da prinsip etibarilə pis adam sayılmazdı. Yanında işləyən xeyli adamlar vardı ki, bəlkə də 30 ildi onunla işləyirdilər. Deyirdilər ki, çörək verən adamdır. Ətrafındakı quyruq bulayanlar onu bitirdi. Bir də “Azərxalça””.

Ləman Ələşrəfqızı deyib ki, mərhum Vidadi Muradov şəxsən ona bir neçə dəfə etiraf etmişdi ki, “Azərxalça”ya rəhbərlik etmək onu çox yorub:

“Həqiqətən çox əziyyət çəkdi xalça emalatxanalarının tikintisi zamanı.Təkcə Horadizdə tikilən emalatxanı xatırladım, dövlət pul ayırmışdı, Maliyyə Nazirliyi pulu vermirdi, şapka istəyirdi. Adam and içirdi ki, öz pulumla tikdim ki, açılış olmalı, Prezident gəlməlidir. Onu da deyim ki, Vidadi Muradov milyonlarını “Azərxalça”da qazanmamışdı, bilirsiz. Yəni, onun “Gənclik”dəki evi də, xan sarayını xatırladan iş yeri də o bu işin başına keçəndə var idi. O başqa məsələ ki, “Azərxalça”ya öz şəxsi “iqəmətgahında” yer verməklə aya 20 min pul silirdi. Deyirdi ki, ən zəhləm gedən söz “məmur” sözüdü. Məmur kimi öldü, korrupsioner kimi öldü. Allah günahlarını bağışlasın. Mənə etdiyi pislikləri bağışladım”.