Keçmiş MMA döyüşçüsü avtomobil qəzasına düşübbackend

Keçmiş MMA döyüşçüsü avtomobil qəzasına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş MMA döyüşçüsü Məhəmməd Mokayev Rusiyada avtomobil qəzasına düşüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, idmançının idarə etdiyi “Mercedes-AMG A35” markalı avtomobil yoldan çıxaraq kanala aşıb.

Hadisə zamanı onun dostu da maşında olub, lakin heç biri xəsarət almayıb. Onlar yerli sakinlərin köməyi ilə avtomobildən çıxarılıb.

Qeyd edək ki, M.Mokayev Rusiyada doğulsa da, 12 yaşından Böyük Britaniyada yaşayır. O, qarışıq döyüş növləri üzrə yarışlarda İngiltərəni təmsil edib.