ABŞ prezidenti Donald Tramp ölkəsini Boris Yeltsinin SSRİ-nin dağılmasında oynadığı rola bənzər şəkildə dağıda bilər.
NOCOMMENT.az xəbər verir ki, bu fikri ABŞ prezidentinin keçmiş köməkçi müavini və Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya məsələləri üzrə baş direktor olmuş Fiona Hill “The New York Times” qəzetinə müsahibəsində səsləndirib.
“Tramp ABŞ-ı məhz Yeltsinin Sovet İttifaqını dağıtdığı kimi dağıdır,” – deyə Hill bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyasının siyasəti fəaliyyət təəssüratı yaratsa da, əslində həyata keçirilən islahatlar mövcud problemləri həll etmir, bəzi hallarda isə dağıdıcı nəticələr doğurur.
Hill həmçinin qeyd edib ki, bu cür populizm mürəkkəb problemlərə tez və səthi həll yolları təklif etməyə çalışır.