Keçmiş nazir müavini Ali Məhkəməyə çıxarılırbackend

Keçmiş nazir müavini Ali Məhkəməyə çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət nazirinin həbsdə olan sabiq müavini Rafiq Bayramov bu gün Ali Məhkəməyə çıxarılacaq.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, R.Bayramov məhkəmədən ona bəraət verilməsini istəyir. Prosesə Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Nazim Mövsümov sədrlik edəcək.

Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib. Hazırda R.Bayramovun həbs müddətinin başa çatmasına 2 il qalır.