Keçmiş polis rəisi Ermənistan Müdafiə nazirinin müavini təyin edildibackend

Keçmiş polis rəisi Ermənistan Müdafiə nazirinin müavini təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş polis rəisi Arman Sarkisyan Ermənistan Müdafiə nazirinin müavini təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu. Ermənistan baş nazirinin müvafiq qərarı hökumətin veb saytında yayımlanıb.

43 yaşlı Arman Sarkisyan peşəkar polisidir, 2000-ci ildə Daxili İşlər Nazirliyi məktəbini bitirib, rayon sahə müvvəkilindən rəis müavinliyinə qədər yüksəlib.

Ermənistandakı “məxməri inqilab” dan sonra, 2018-ci ilin may ayında polis rəisinin birinci müavini təyin edilib, 2019-cu ilin sentyabrında isə rəis Valeri Osipyanın istefasından sonra müvəqqəti olaraq Polis rəsi vəzifəsinin icrasına başlayıb, 2020-ci ilin martında isə bu vəzifəyə təyin edilib.
Üç ay sonra, 8 iyun tarixində vəzifəsindən azad edilib.

Polis polkovniki rütbəsinə malikdir.
Modern.az