Keçmiş prezident Bolsonaro polisə ifadə verdibackend

Keçmiş prezident Bolsonaro polisə ifadə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro 2021-ci ildə Səudiyyə Ərəbistanı səfərindən qayıdarkən bəyan edilməmiş 3,2 milyon dollar dəyərində zinət əşyaları aşkar edildikdən sonra polisə ifadə verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bolsonaronun keçmiş nazirlərindən biri və yaxın dostu Fabio Vajngarten sosial media hesabında paylaşım edib.

O, Bolsonaronun Federal Polisin ona qarşı irəli sürdüyü bütün ittihamlarla bağlı sualları çox sakit şəkildə cavablandırdığını bildirərək qeyd edib: “Bu, iddiaların aydınlaşdırılması üçün əla fürsət idi”

Bolsonaronun vəkilləri tərəfindən verilən açıqlamada müştərisinin heç bir qanunsuzluq etmədiyi əsas gətirilərək, iki dəst zinət əşyasının ictimai banka yatırıldığı bildirilib.

NOCOMMENT.AZ