ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Moldova prezidenti Maya Sandunu dəstəkləmək üçün “yüz milyonlarla dollar” xərcləyib.
NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Moldovanın keçmiş prezidenti, ən böyük müxalifətçi Sosialistlər Partiyasının lideri İqor Dodon deyib.
“Söhbət yüz milyonlarla dollardan gedir. 2024-cü ildə yalnız USAİD və (amerikalı milyarder Corc – redaktorun qeydi) Soros Moldova Respublikasında qondarma demokratik proseslərə bir neçə yüz milyon dollar sərmayə qoyub”, – o vurğulayıb.
Dodonun sözlərinə görə, bu pullar Moldovada mövcud hökuməti dəstəkləmək, eləcə də hazırkı dövlət başçısı Maya Sandunun seçki kampaniyasını maliyyələşdirmək üçün xərclənib.