Keçmiş rəisin işində zərərçəkən kimi tanınan şəxs dələduzluqda ittiham edilir – 45 şikayətçi varbackend

Keçmiş rəisin işində zərərçəkən kimi tanınan şəxs dələduzluqda ittiham edilir – 45 şikayətçi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədovun cinayət işində zərərçəkən qismində tanınan Elmir Şəmiyev dələduzluqda ittiham edilir.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Martın 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək.

178.3.2-ci maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Elmir Şəmiyevin cinayət işi üzrə 45 nəfər zərərçəkən qismində tanınıb.

Dəymiş zərərin məbləği barədə dəqiq bilgi yoxdur.