İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani növbəti dəfə Azərbaycana dəstək paylaşımı edib.
NOCOMMENT.az bildirir ki, İranda Azərbaycana qarşı olan təxribatlarla bağlı hər zaman aktiv mövqe nümayiş etdirən Süleymani iki ölkə arasında son günlər müşahidə olunan gərginlik fonunda bir daha öz mövqeyini açıq ifadə edib.
O, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digərlərinin çıxışlarından ibarət olan video roliki Feysbuk səhifəsində paylaşıb. Diplomatın bu paylaşımı İranın Azərbaycana qarşı son təhdid ritorikasına qarşı cənubdakı soydaşlarımızın mövqeyi kimi də anlaşıla bilər.
Həmin videonu təqdim edirik:
yenisabah