Keçmiş vitse-prezident: “ABŞ dünyada hərbi üstünlüyünü durmadan itirir”backend

Keçmiş vitse-prezident: “ABŞ dünyada hərbi üstünlüyünü durmadan itirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ beynəlxalq münasibətlərin indiki inkişafı şəraitində hərbi üstünlüyünü durmadan itirir.

NOCOMMENT.az xəbər verir ki, Corc H. V. Buş dövründə ABŞ-ın keçmiş vitse-prezidenti Den Quayle bu barədə “The Wall Street Journal” üçün məqaləsində bildirib.

ABŞ-ın keçmiş vitse-prezidentinin qeyd etdiyi kimi, ABŞ-ın gələcək prezidentinin geosiyasi problemlərindən biri “Amerikanın müdafiə və müharibə sahəsində texnoloji üstünlüyünün davamlı şəkildə azalması” olacaq.

O, ABŞ ordusunun on illər əvvəl inşa edilmiş gəmi və reaktiv təyyarələrdən istifadə etdiyinə diqqət çəkib. Eyni zamanda, Çin Vaşinqtonun potensial düşmənlərə qarşı istifadə üçün hipersəs, kiber və kosmik silahlara sərmayələrini qabaqlayır.