Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlanıbbackend

Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gündə Azərbaycan Ordusu Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlayıb.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-21 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.