Kəlbəcərdə atəşkəs pozulub? – MN-dən AÇIQLAMAbackend

Kəlbəcərdə atəşkəs pozulub? – MN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”, – deyə xidmət rəisi vurğulayıb.