Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı – VİDEObackend

Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı.

Qeyd ki, 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunub.

Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilməyiblər.

Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən doqquz nəfər yolda qətlə yetirilib, beş nəfər girov götürülüb.

Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.

Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər.

Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Nəticədə dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib.

Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib.

Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Məzarların açılması ilə əlaqədar İctimai TV görüntülər yayıb.

NOCOMMENT.az həmin görüntüləri təqdim edir: