Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıbbackend

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

FHN-dən NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Fərzəliyev əslən Kəlbəcər rayonunun Tövlədərə kənd sakinidir. Onun ailəsi hazırda Gəncə şəhərində yaşayır, 8 yaşlı qızı var.