Kəlbəcərdə həlak olmuş hərbçilər dəfn edildilərbackend

Kəlbəcərdə həlak olmuş hərbçilər dəfn edildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcərdə avtomobil qəzası zamanı həlak olan hərbi qulluqçularımız dəfn olunublar.

NOCOMMENT xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan leytenant Həsənli Eldar Müşfiq oğlu dəfn edilib. Hərbçi ilə vida mərasimi onun ailəsinin yaşadığı Mingəçevir şəhərində keçirilib. Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.

Həmin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Cəfərov Anar Müstəqim oğlu da dəfn edilib. Onunla vida mərasimi ailəsinin yaşadığı Yevlax rayon Gülövşə kəndində keçirilib. Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra, A.Cəfərov Yevlax rayonu, Gülövşə kənd qəbristanlığında dəfn olunub.