Kəlbəcərdə maşın dərəyə aşıb, ölən varbackend

Kəlbəcərdə maşın dərəyə aşıb, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan NOCOMMENT.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının hadisə yerində ilkin araşdırması zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın dərəyə aşıb. Nəticədə xəsarət alan Adil Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.