Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunubbackend

Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.

NOCOMMENT sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, şəhidin cənazəsi Tovuz rayonunun Aşağı Quşçu kənd qəbiristanlığında bu dəqiqələrdə torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.