Kəlbəcərdə yanıq xəsarətləri alanların adları məlum olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K. Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadədir.
Məlumata görə xəsarət alanlar ustadırlar və onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkən zaman partlayış olub.
Faktla bağlı araşdırma aparılır.
***
22:37
Kəlbəcərdə qaz partlayışı olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç nə məlum deyil.