Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il cəza istənildibackend

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il cəza istənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

NOCOMMENT.az qafqazinfo-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Voskanyan Qaqik Aşotinin verilmiş ittihamlarla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Hazırda təqsirləndirilən şəxsin vəkili Dilsuz Məmmədov müdafiə çıxışı edir.

Gün ərzində hökm elan ediləcəyi gözlənilir.