Kəlbəcərdə traktor aşdı: Ölən varbackend

Kəlbəcərdə traktor aşdı: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

NOCOMMENT.az xəbər verir ki, hadisə noyabrın 18-də rayon ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici “ZL 50” markalı traktor tipli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Report