Kəlbəcərə dəmiryolunun çəkilməsi rayonun iqtisadi potensialını dəfələrlə artıracaqbackend

Kəlbəcərə dəmiryolunun çəkilməsi rayonun iqtisadi potensialını dəfələrlə artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toğanalı-Kəlbəcər yolunun Göygöl Milli Parkı ərazisindən salınması məqsədəuyğun deyil. Bu yolla gecə-gündüz tikinti materialları daşıyan və müxtəlif təyinatlı ağır maşınların hərəkəti Azərbaycan təbiətinin incisi sayılan Göygölün ekoloji mühitinə, bitki və heyvanat aləminə, eləcə də turizm əhəmiyyətinə ciddi fəsadlar törədə bilər:

NOCOMMENT-in trend-ə istinadən məlumatına görə, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev deyib.

R.Fətəliyev çox çətin relyefdən keçən Toğanalı-Kəlbəcər yolunun inşası ilə bağlı alternativ yol təklif edir: “Söyüdlü (Zod) qızıl və digər faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar, Kəlbəcərin ölkəmizdə dağ-mədən hasilatının mərkəzi olan Daşkəsənlə birbaşa əlaqəsinin yaradılması məqsədilə gələcəkdə bu istiqamətdə dəmir yolunun çəkilməsi də Kəlbəcərin ümumi iqtisadi potensialının dəfələrlə artmasına səbəb olacaq”.

Alimin Kəlbəcərlə bağlı, turizmin sürətli inkişafına təkan verə biləcək, eləcə də gələcəkdə İstisu mineral suyunun xaricə ixracı məqsədilə beynəlxalq limanın məhz İstisuda tikilməsi təklifi də böyük maraq doğurur.