Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTObackend

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı torplaqlarında infrastuktur layihələrini davam etdirirlər.

NOCOMMENT.az xəbər verir ki, bu dəfə Qarabağı Ermənistanla birləşdirən Vardenis-Ağdərə yolunu işğal olunmuş Kəlbəcər rayonunu mərkəzi ilə birləşdirəcək yolun tikintisinə başlanılıb.

17 kilometr uzunluğunda yolun asfatlanması 2021-ci ilin əvvəllərinə qədər başa çatacaq. Tikinti işləri Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyanın iştirak etdiyi tədbirdən sonra başlayıb.

Bundan başqa, Kəlbəcər rayonunun Qızılqaya kəndindən Vardenis-Ağdərə yoluna 3,2 kilometrlik yol da asfaltlanaraq nəqliyyatın hərəkətinə açıq elan olunub.
modern.az