Kelloq: Avropa ABŞ olmadan Ukraynaya dəstək verməyə hazır olmalıdırbackend

Kelloq: Avropa ABŞ olmadan Ukraynaya dəstək verməyə hazır olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri ABŞ-ın iştirakı olmadan Ukraynaya yardımı davam etdirməyə hazır olmalıdır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu “The Daily Telegraph” qəzetinə müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq deyib.

“Hazır olmaq daha yaxşıdır. ABŞ-ın dəstək verməkdən tamamilə imtina edəcəyini düşünmürəm. Lakin Avropanın möhkəm dayanması daha yaxşıdır. Hazırda Avropa Ukraynanın hərbi səylərini dəstəkləməkdə demək olar ki, kifayət qədər güclüdür və əvvəllər görünməmiş birlik nümayiş etdirir”, – o deyib.