Kelloq: Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə əminəmbackend

Kelloq: Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə əminəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iki ölkə arasındakı münaqişənin tezliklə bitəcəyinə əminliyini bildirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının nümayəndəsi “Fox News” telekanalında fikirlərini bölüşüb.

“Trampın bu müharibə ilə nə edəcəyinə çox nikbin yanaşıram. Müharibənin tezliklə bitəcəyinə ona tam əminəm”, – Kelloq deyib.

O, Ağ Evin keçmiş rəhbəri Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara getmək istəməməsini də tənqid edib.

“Əvvəlki administrasiya dövründə bizim nəyimiz var idi? Bayden insanlarla belə danışmadı., o, dörd il Şimali Koreya lideri Kim Çen Inla danışmadı, Prezident Vladimir Putinlə iki il yarımdan çox danışmadı. Prezident Tramp başa düşür ki, müqavilələrin bağlanmasında iştirak edən hər kəslə danışmalıdır”, – Kelloq deyib.