Kelloq: Ukrayna münaqişəsində ümumi itkilər 1,2 milyonu ötübbackend

Kelloq: Ukrayna münaqişəsində ümumi itkilər 1,2 milyonu ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynadakı münaqişədə həlak olanların ümumi sayının 1,2 milyon nəfəri keçdiyini iddia edir.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə məlumatı “Fox Business” telekanalında paylaşıb.

O vurğulayıb ki, bu rəqəmlər İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın verdiyi itkilərin miqyasını xeyli üstələyir.

Kelloq həmçinin bildirib ki, Cenevrədə Rusiya-Ukrayna danışıqlarının yeni raundu keçirilə bilər, lakin ABŞ Rusiyadan sülh yolu ilə nizamlanma təklifləri almaq istəyir, çünki artıq Kiyevdən təkliflər alınıb və nəzərə alınıb.