Kelloq: Ukraynada dağıntılar misli görünməmiş səviyyədədirbackend

Kelloq: Ukraynada dağıntılar misli görünməmiş səviyyədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi son kütləvi zərbələri tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, onun bu fikirləri Ukraynanın bərpasına dair Romada keçirilən konfransda səsləndirilib və “RBK-Ukrayna” tərəfindən yayımlanıb.

O bildirib ki, “son həftənin hücumları sadəcə dəhşətlidir”. Kelloq həmçinin iddia edir ki, söhbət mülki infrastruktura zərbələr endirilməsi ilə bağlıdır. ABŞ-ın xüsusi nümayəndəsi “buna son qoyulmalı” olduğunu vurğulayıb.

Kelloq həmçinin qeyd edib ki, bu miqyasda itkilər və dağıntılar barədə İkinci Dünya Müharibəsindən bəri eşitməyib.