Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdibackend

Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yeni təyinat edib.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Nicat Əliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub.

Nicat Əliyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, mətbuat orqanı ötən gün Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Hüseynov Vüqar İsfəndiyar oğlunun işdən çıxarılması barədə məlumat yayıb. Məlumatda bildirilib ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə Vüqar Hüseynov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Həmçinin qeyd edilib ki, Vüqar Hüseynovun vəzifəsindən azad edilməsinə səbəb ciddi maliyyə pozuntularının aşkarlanması olub.