Kəmaləddin Heydərov öz ərizəsi ilə işdən çıxan rəisə yenidən vəzifə verdibackend

Kəmaləddin Heydərov öz ərizəsi ilə işdən çıxan rəisə yenidən vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsininn 26 nömrəli yanğından mühafizə hissəsinə yeni rəis müavini təyin edilib.

NOCOMMENT.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, daxili xidmət mayoru Hüseyn Qasımov rəis müavini təyin olunub.

Qeyd edək ki, Hüseyn Qasımov 2 il əvvəl Fövqəladə Hallar Nazirliyinin Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub. O, öz ərizəsi ilə işdən ayrılmışdı.