Kəmaləddin Heydərov rusiyalı həmkarının vida mərasimində – Fotobackend

Kəmaləddin Heydərov rusiyalı həmkarının vida mərasimində – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi olub.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, mərasim sentyabrın 10-da Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında keçirilib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.