Kəmaləddin Heydərovdan narazı sakinlər ərəbləri Lerikə dəvət etdilər – Çadırınızı da götürün bura gəlin… – VİDEObackend

Kəmaləddin Heydərovdan narazı sakinlər ərəbləri Lerikə dəvət etdilər – Çadırınızı da götürün bura gəlin… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerik rayonu Piran kənd sakini Bayramov Altay Ərəstun oğlu ərəb turistlərə videomüraciət ünvanlayıb.

NOCOMMENT.az -ın məlumatına görə kənd sakini bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ölkəmizə gələn ərəb dostları Lerikə ova gəlsələr razı qalarlar: “Əziz ərəblər! Bizdə ov üçün hər cür şərait var. Bura gəlin, həm də burdakı vəziyyətdən xəbəriniz olsun. 2018-ci ilin noyabrında bura yağan intensiv yağışlar nəticəsində bizim evin yanında güclü sürüşmə baş verdi. Bununla bağlı FHN-ə müraciət etmişik, məlumatları var. Hadisədən 1 il sonra 2019-cu ildə bizə bildiriblər ki, evimiz təmirə düşür. Ötən dövr ərzində isə heç bir iş görməyiblər. Biz onlara o qədər məktub yazmışıq ki, o məktubları evimizdən sürüşmə ərazisinədək düzsək, çatar da, artıq da qalar.

Əziz ərəblər, sizdən bir xahişimiz də var: gələndə çadırlarınızı da gətirin, Kəmaləddin müəllim bizə ev tikməsə quraq orda yaşayaq”.

AFN