Kənan Əliyev vəzifəsindən azad edildibackend

Kənan Əliyev vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon prokurorunun müavini Kənan Əliyev vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Kənan Əliyev Daxili işlər orqanlarının istintaq tədqiqat və əməliyyat axtarışına nəzarət idarəsinə rəis müavini təyin olunub.

Eyni zamanda, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Fərid Dadaşov vəzifəsindən azad olunaraq Nəsimi rayon prokurorunun müavini təyin edilib.