Kənan MM nazirə səsləndibackend

Kənan MM nazirə səsləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş nazir kinomuzu öz əli ilə komaya saldı”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri rejissor, aktyor Kənan Mahmudov (Kənan MM) deyib.

O, yeni mədəniyyət naziri Anar Kərimova müraciət edib:

“Şəxsən öz adımdan sizdən rica edirəm, bir nazir olaraq kinomuzu özünə qaytarmağa kömək edin.

Nazirlik məni 20 il ərzində tanımadı, eybi yox. Amma bu, rejissor olaraq vicdanımın səsidir – sizə inanıram. Ümid edirəm ki, Vətən müharibəsi qəhrəmanlarımızın xatirəsinə İlqar Fəhmi ilə qələmə aldığımız “7 oğul bir Vətən” kino ssenarisinin reallaşması üçün öz göstərişlərinizi verəcəksiniz. İnanıram ki, siz kinomuzun qatillərindən biri yox, həkimlərindən biri olacaqsınız. Mən ad istəmirəm, gizli qəhrəmanlarımızın adını duyurmaq üçün dəstəyinizi istəyirəm”.
Yenisabah