Qiymətlər artır, xərclər çoxalır, amma maaşlarda ciddi dəyişiklik müşahidə olunmur. Bəs görəsən vətəndaşlar belə vəziyyətdə kenara pul qoya bilirlər, yoxsa aldıqları əməkhaqqı heç ay sonuna çatmır?
NOCOMMENT.az xəbər verir ki, metbuat.az bu mövzuda paytaxt sakinləri arasında sorğu keçirib.
Nəticələr göstərir ki, insanların böyük qismi gündəlik xərclərin çoxluğuna görə yığım edə bilmir. Onlar ən böyük xərclərinin isə uşaqlarla bağlı olduğunu bildiriblər.
Süjeti təqdim edirik:













