Natəmiz, tullantı suları Xətai rayonu, “Kənd Əhmədli” adlandırılan yaşayış məntəqəsində küçələrə, evlərin həyətlərinə dolur.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər vəziyyətdən təngə gətirib. Onlar həm də üfunətdən şikayətçidirlər.
Sakinlər deyirlər ki, hər qış kanalizasiya suları daşır, evlərə dolur, amma tədbir görən yoxdur.
Yağış kəsib, gün çıxıb, lakin burada hər tərəf su içindədir. Elə operatorumuz da çəkiliş aparmaq üçün hər vasitədən istifadə etdi.
Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, həmin ünvanda mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Ərazidə primitiv üsulla çəkilmiş xətlərdə tıxanma olub. Sukanal idarəsinin əməkdaşları əraziyə cəlb olunacaq və xəttin açılması təmin ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: