Kənd Təsərrüfatı Nazirliyində ixtisarlar davam edir.
NOCOMMENT.az-ın “BusinessTime”a istinadən məlumatına görə, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Elmin Rəhmanov vəzifəsindən azad edilib.
Məlumata görə, qurumda ixtisarlar davam etdiriləcək.
Qeyd edək ki, son günlər Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ramil Salmonov tutduğu vəzifələrdən azad ediliblər. Bununla yanaşı Dövlət Toxum Fondunda da kütləvi ixtisarlar aparılıb.