Keniya 2027-ci ildə atom elektrik stansiyasının tikintisinə başlayacaqbackend

Keniya 2027-ci ildə atom elektrik stansiyasının tikintisinə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniya Nüvə Enerjisi və Enerji Agentliyinin sədri Justus Vabuyabo ölkənin Kilifi və ya Kvale bölgəsində nüvə enerjisi obyektinin yaradılması üçün tender hazırlıqlarının sürətləndirildiyini açıqlayıb.

NOCOMMENT.az  “Business Daily”ə istinadən xəbər verir ki, obyektin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırdıqlarını ifadə edən Wabuyabo, layihənin tamamlanmasının təxminən 6-10 il çəkəcəyini bildirdi.

Tamamlandığında təxminən 1000 meqavat gücə sahib olacaq obyektin artan əhalinin ehtiyaclarını ödəməsi planlaşdırılır.

Beynəlxalq Atom Enerjisi Agentliyi Keniyaya 2021-ci ildə nüvə obyekti üçün infrastruktur işlərinə başlamaq üçün icazə verib.