Keniyada kilsədə 4 nəfər ölü tapılıbbackend

Keniyada kilsədə 4 nəfər ölü tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniya polisi ölkədə şübhəli fəaliyyət göstərdiyi hesab edilən kilsədə aclıqdan ölən 4 nəfəri tapıb.

NOCOMMENT xəbər verir ki, Milli mətbuatda əksini tapan xəbərlərə görə, polis dünən Kilifi rayonundakı bir vətəndaşın “Kilsədə şübhəli fəaliyyətlər” həyata keçirildiyini bildirdikdən sonra Beynəlxalq Xoş Xəbər kilsəsinə basqın edib.

Kilsəyə edilən basqında 3-ü qadın olmaqla 4 nəfərin meyiti tapılıb.

Polis bu şəxslərin aclıqdan öldüyünü təsdiqləyib.

Reyd zamanı 11 nəfərin xilas edildiyi, 6 nəfərin aclıqdan arıqladığı, vəziyyətlərinin ağır olduğu bildirilib.

Basqın zamanı kilsənin keşişi hadisə yerindən qaçıb.

Kilsənin keşişi keçən ay iki uşağın ölümünə görə məsuliyyət daşıyıb və zaminə buraxılıb.

Polisin məlumatlarına görə, son illərdə Keniyada zorakılıq və cinayət fəaliyyətləri həyata keçirən kultların sayında əhəmiyyətli artım var.