Kennedinin qardaşı oğlu prezident seçkilərində namizədliyini irəli sürdübackend

Kennedinin qardaşı oğlu prezident seçkilərində namizədliyini irəli sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas Robert F. Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini rəsmən elan edib.

NOCOMMENT.az xəbər verir ki, Robert F. Kennedi (69) Massaçusets ştatının Boston şəhərində etdiyi çıxışda bu barədə açıqlama verib.

Kennedi öz çıxışında “dövlət və korporativ hakimiyyətin korrupsioner birləşməsinə” son qoymağa çalışacağını və orta sinfin səlahiyyətlərinin artırılmasını vurğuladı.

Ətraf mühit üzrə hüquqşünas, kiçik Kennedi peyvənd əleyhinə mövqeyi ilə tanınır.

Kennedi hazırda prezidentliyə namizədliyini rəsmən elan etməyə hazırlaşan hazırkı demokrat prezident Co Baydenin partiyasından ikinci rəqibidir.

Qeyd edək ki, məşhur yazıçı Marianne Villiamson Demokratlar Partiyasından namizədliyini rəsmi olaraq elan edən ilk şəxs olub.

NOCOMMENT.AZ