Kəpəyə qarşı saç şampunu aldı, əksinə oldu – marketlərdə saxta “Head & Shoulders” şampunları – FOTOLARbackend

Kəpəyə qarşı saç şampunu aldı, əksinə oldu – marketlərdə saxta “Head & Shoulders” şampunları – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəpəyə qarşı saç şampunu aldı, əksinə oldu. Ölkə supermarketlərində insan orqanizmi üçün saxta və keyfiyyətsiz şampunlar satılmaqdadır.

NOCOMMENT.az xəbər verir ki, ölkə supermarketlərində saxta “Head & Shoulders” saç şampunları satılmaqdadır. Bəzi işbazlar əhali tərəfindən bu məhsula təlabatın olduğunu görərək, artıq bir neçə ildir ki, qanunsuz yolla sexlərdə bu markanın saxtasını istehsal edərək bazara çıxarıblar.

İri supermarketlər şəbəkəsi sözügedən markanı qara bazar kimi tanınan “Sədərək” Ticarət Mərkəzindən deyil, rəsmi distribüteri olan “ENGİN” LTD şirkətindən əldə etməkdədir.

Head & Shoulders
Head & Shoulders

Lakin, bu dəfə də işbazlar marketlərə rəsmi distribüter vasitəsilə yol taparaq saxta məhsullarını satmağa nail ola biliblər. Belə ki, saxta “Head & Shoulders” məhsulu ilə bağlı müştəri şikayəti əsasında Supermarketlər şəbəkəsinə müraciət etdikdə, market rəhbərliyi tam məsuliyyəti ilə aşkar edilən “Head & Shoulders”saxta şampunlarını “Engin” şirkətinin rəsmi satış təmsilçisindən əldə etdiklərini bildiriblər.

Market rəhbərliyinin sözlərindən məlum olan odur ki, “Engin” şirkətinin təmsilçisi dağıtımını həyata keçirdiyi məhsullar arasında saxta məhsullar da mövcuddur.

“Engin” şirkətinin ölkədə ciddi və peşəkar bir dağıtım şirkət olduğundan burada şirkət tərəfindən hər hansı bu kimi qanunsuz yola əl atması inandırıcı görsənmir.

Bəs onda satış təmsilçisi bu kimi saxta şampunları marketlərə rəsmi şirkət məhsulu kimi necə daxil edə bilir?

Bizim müəyyən etdiyimiz şampundur, bu kimi saxta digər qeyri-qida məhsullarının da olması qaçılmazdır.

Qeyd edək ki, Sumqayıt supermarketlər şəbəkəsində məhz saxta “Head & Shoulders” şampunlarının satılması faktı ilə ilk hal deyil.

Hesab edirik aidiyyatı üzrə dövlət qurumları bazarda insan orqanizmi üçün zərərli olan saxta qeyri-qida məhsulları ilə bağlı istehsal və satışı nəzarətə götürərərk, bu məsələni diqqətdə saxlayacaq.

Sözügedən məsələ ilə bağlı “Engin” şirkətinin rəsmi saytında qeyd etdiyi (+994 12 310 09 49; +994 55 455 50 10) nömrələr ilə əlaqə saxlamaq mümkün olmadı.

Xatırladaq ki, “Engin” LTD 2000-ci ildən ölkəmizdə fəaliyyət göstərir və 40-dan artıq dünya markasının yüzlərlə məhsulunun ölkəmizdə rəsmi distribüteridir. Ölkədə yerli istehsal ilə yanaşı idxal və dağıtım həyata keçirən şirkətlər arasında “Azərsun”, “Veysəloğlu”, “Avrora”, “Koroğlu”, “Delta”, “Aztrade”, “Bolluq” və 40-a yaxın bu kimi şirkətlər fəaliyyət göstərməkdədir.