Kərkükdə Ebola epidemiyasından bir nəfər öldübackend

Kərkükdə Ebola epidemiyasından bir nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Kərkük şəhərində Ebola virusu epidemiyası səbəbiylə 1 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Kərkük Səhiyyə Müdiri Ziyad əl-Cubburi epidemiyanın ilk müşahidə olunduğu Kərkük şəhərində biri ağır xəstə olan iki nəfərin isə xəstəxanada müalicə olunduğunu bildirib.

Epidemiyanın yayılmasına qarşı şəhərdə mühüm və ciddi tədbirlər gördüklərinə diqqət çəkən Cubburi, epidemiyaya tutulanların müalicəsi üçün dövlət xəstəxanası ayırdıqlarını açıqlayıb.

Son iki gündə 30 nəfərin virusa görə test edildiyini və nəticələrin sabah açıqlanacağını bildirən Cubburi, epidemiyanın qarşısını almaq üçün görülən tədbirləri artıracaqlarını qeyd edib.

NOCOMMENT.AZ