Kərkükdə Türkiyəyə məxsus PUA vurulubbackend

Kərkükdə Türkiyəyə məxsus PUA vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Kərkük bölgəsində Türkiyəyə məxsus PUA vurulub.

NOCOMMENT.az xəbər verir ki, belə bir məlumatı “Reuters” Agentliyi İraqın hərbi dairələrinə istinadən yayıb.

Məlumata əsasən, İraqın hava hücumundan müdafiə sistemləri Kərkük üzərində PUA vurub.

PUA-nın Türkiyənin AKSUNGUR adlı uçuş aparatı olduğu iddia edilib. Adının açıqlanmasını istəməyən İraq ordusunun polkovniki təyyarənin qalıqlarından əldə edilən ilk tapıntıların PUA-nın Türkiyəyə məxsus silahlı pilotsuz uçuş vasitəsi olduğunu göstərdiyini bildirib. Polis mənbələri, Kərkükün şəhər mərkəzinə düşən PUA-nın bəzi evlərdə yanğına səbəb olduğunu, lakin yanğının nəzarət altına alındığını və hər hansı can itkisi və ya xəsarət olmadığını bildiriblər.