Kerobyan: Bizə nağıl danışdılar, amma Azərbaycan Ordusu…backend

Kerobyan: Bizə nağıl danışdılar, amma Azərbaycan Ordusu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni iş adamı və müharibədə könüllü olan Vaqan Kerobyan “Əl Cəzirə” telekanalına Ermənistan rəhbərliyinin onlardan necə istifadə etməsindən danışıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Kerobyan bu illər ərzində Ermənistanda güclü təbliğat aparıldığı üçün Azərbaycan Ordusu üzərindəki üstünlüklərinə arxayın olduqlarını bildirib.

“Bizə güclü olduğumuz barədə nağıllar danışırdılar, ordumuzun çox güclü, çox böyük olduğunu düşünürdük. Biz fikirləşirdik ki, istədiyimizi edə bilərik, amma əslində heç kimin real vəziyyətdən xəbəri yox idi. İndi layiq olduğumuz nəticəni əldə etmişik”, – deyə o bildirib.