Kəskin hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQbackend

Kəskin hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə müşahidə edilən kəskin hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, BakıdaAbşeron yarımadasında yanvarın 14-də axşam, 15-də gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-da axşamdan 17-də axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var.

Fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Azərbaycanın rayonlarında yanvarın 14-də axşam, 15-də gün ərzində gözlənilən fasilədən sonra 15-də axşamdan 16-da gündüzədək bəzi yerlərdə, 16-da axşamdan 17-də axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.