Paytaxtda güclü yanğın: Keşlədə tikinti materialları və maşın kül oldu – VİDEObackend

Paytaxtda güclü yanğın: Keşlədə tikinti materialları və maşın kül oldu – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materialları yanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan talvar altına yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda dayanmış “Mercedes” markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf ərazilər yanğından mühafizə olunub.