ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kellog Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində iştirak etmək istəyib, lakin onu nümayəndə heyətinə daxil etməyiblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat verib.
“O (Keyt Kelloq) orada olmağa ümid edirdi”, – deyə xəbərdə qeyd olunur.
Mənbənin sözlərinə görə, Rusiya tərəfi Kelloqu Ukraynaya simpatiya göstərən biri kimi qiymətləndirir və buna görə də onun ABŞ–Rusiya görüşündə iştirakı “effektsiz və ya əks təsirli” ola bilər.