7 yaşından həyatla ağır mübarizə aparan Ülkər. Hekayəni kibritlə benzinin yandırdığı həyat adlandıra bilərik.
NOCOMMENT.az referans.az-a istinadən xəbər verir ki, Ülkər Süleymanova banklardan birində proqramçı işləyir. Şəkidə doğulub, böyüyüb. Uşaq vaxtı başına gələn hadisə həyatını gözlə qaş arasında dəyişib. Simasında o hadisənin izlərini daşıyır. Amma o izlərin qəlbinə yol tapmasına imkan verməyib.
Ayaqda durmağı asan olmayıb. Saysız-hesabsız əməliyyatlar, bəzən yad münasibət. Təhsil almağı da çətin olub, iş tapmağı da. Amma insan əzmi nələrə qadir deyil ki?
Təqdim edəcəyimiz süjetdə bir insanın mənəvi qalibiyyətini görəcəksiniz: