Kiflənmiş pendir yenidən satışda? – Alıcıdan sərt ittiham – VİDEObackend

Kiflənmiş pendir yenidən satışda? – Alıcıdan sərt ittiham – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda, Dədə Qorqud Parkı ərazisində yerləşən “Araz Market” filialı ilə bağlı alıcı narazılığı ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, alıcının bildirdiyinə görə, o, mağazadan pendir alarkən satıcının kiflənmiş məhsulları təmizləyərək yenidən vitrinə düzdüyünün şahidi olub.

İddiaya əsasən, üzərində kif izləri olan pendirlər kəsilərək “təmizlənmiş” görünüşdə satışa təqdim edilib.

Müştəri qeyd edir ki, sözügedən pendirlər daha sonra 22 manat 30 qəpik qiymətlə satışa çıxarılıb.