Kılıç və Rubinyan bağlı qapılar arxasında: Nəticə nə olacaq?backend

Kılıç və Rubinyan bağlı qapılar arxasında: Nəticə nə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi elçiləri Serdar Kılıç və Ruben Rubinyan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar baş tutacaq. Bir gün əvvəl Ermənistan XİN-nin sözçüsü Vaan Unanyan İrəvanın heç bir ilkin şərt olmadan diplomatik əlaələrin bərpasına hazır olduğunu bildirib. Türkiyə prezidenti Ərdoğan isə Ermənistanın şansdan düzgün istifadə etməyə çağırıb.

İlk görüş hansı nəticələr verə bilər?

Hansısa radikal qərarın, o cümlədən Türkiyə-Ermənistan sərhədlərinin dərhal açılması mümükündürmü?

NOCOMMENT xəbər verir ki, yenisabah-a açıqlamasında Moskvada yaşayan amerikalı mütəxəssis Endryu Koribko deyib ki, bu gün Moskvada keçiriləcək görüş regional sabitlik istiqamətində mühüm addımdır: “Erməni tərəfi, nəhayət, özünün mücərrrəd siyasətini bir kənara qoyub diplomatiyaya şans verdiyinə görə tərifəlayiqdir. Bu, Ermənistan rəhbərliyinin 2020-ci il Vətən müharibəsində məğlubiyyətdən sonra Azərbaycan tərəfindən alçaldılması və Rusiyanın daha sonra regionda konstruktiv rol oynaması üçün tərəfdaşlarına müsbət təsir göstərməsi ilə bağlıdır.

İlk görüşün nə ilə nəticələnəcəyi bəlli deyil, lakin bəzi müşahidəçilər bunun iki tərəfi sonda tam münasibətlərini normallaşdırmaq və ticarət əlaqələrini bərpa etmək yoluna çıxaracağına ümid edirlər”.