Kılıçdaroğlu: Altılı masa yox, lazım olsa on altılı masa qurarambackend

Kılıçdaroğlu: Altılı masa yox, lazım olsa on altılı masa quraram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP Qrup toplantısı “dəyişiklik” və “istefa” müzakirələrinin kölgəsində keçirilib.

NOCOMMENT.az xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu seçki dövründə qurulan altılı masa üzərindən mesajlar verib.

CHP sədri Kamal Kılıçdaroğlu dünən partiyasının TBMM Qrup Toplantısındakı çıxışında dünyasını dəyişən CHP İdman İdarə Heyəti və Türkiyə Ağır Atletika Federasiyasının sabiq prezidenti Kənan Nuhutun ailəsinə və yaxınlarına başsağlığı verib.

O, 14 may seçkiləri öncəsi qurulan 6 tərəfli masanı xatırladıb, hədəfini bir addım da irəli aparıb.

“Sizə açıq və aydın deyirəm. Altılı masa yox, lazım olsa on altılı masa quracam ki, Türkiyə üzə çıxsın. Bizim heç birimizin, heç bir Cümhuriyyət Xalq Partiyası üzvlərinin ümidsizliyə haqqı və səlahiyyəti yoxdur. Heç birimiz ümidimizi kəsməyəcəyik. Türkiyəni ən çətin şərtlərdə gün işığına çıxarmaq bizim işimizdir. Bu, bizim borcumuzdur. Tariximizə yüklədiyimiz bir vəzifədir” deyə o bildirib.

NOCOMMENT.AZ